"Qalatasaray"ın hücumçusu Viktor Osimhen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" nigeriyalı forvardı transfer etmək istəyir. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

Osimhen özü Mançester təmsilçisinə keçməyə isti yanaşır. Lakin Türkiyə klubu yanvarda ulduz futbolçunu satmağı planlaşdırmır. Super Liqa nəhəngi mövsüm başa çatdıqdan sonra 27 yaşlı oyunçu üçün gələn təklifləri nəzərdən keçirə bilər.

Qeyd edək ki, Viktor Osimhen cari mövsümdə "Qalatasaray"ın heyətində bütün turnirlərdə meydana çıxdığı 11 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.