"Bavariya" Almaniya Bundesliqasının X turu çərçivəsində doğma meydanda "Köln"ü qəbul edəcək.

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq. Beş futbolçu çempionat matçında komandaya kömək edə bilməyəcək.

Qapıçı Manuel Noyer (ayaq zədəsi), müdafiəçi Alfonso Deyvis (bud əzələsi zədəsi), hücumçular Serj Qnabri və Luis Dias (hər ikisi əzələ narahatlığından əziyyət çəkir), eləcə də İsmayıl Saybari (topuq zədəsi) meydana çıxmayacaq. 

Qeyd edək ki, "Bavariya" - "Köln" qarşılaşması 20 noyabr tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.