"Turan Tovuz"un qolkiperi Oleq Baklov Tacikistan millisinin heyətinə növbəti görüşünə çıxıb.

Sportal.az xəbər verir ki, 32 yaşlı qapıçının komandası Taylandda keçirilən "King’s Cup 2026" beynəlxalq turnirinin finalında meydan sahibləri ilə qarşılaşıb.

Bu görüşdə Tacikistan 0:3 uduzub. Oyunun 38-ci dəqiqədə Tacikistan millisinin meydanda azlıqda qalması matçın taleyini həll edib.

Baklov 90 dəqiqə meydanda olub, 38-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalandırılıb.