"Qalatasaray" Türkiyə Super Liqasının XII turunun "Samsunspor"la matçını öz meydanında keçirə bilməyəcək.

Sportal.az xəbər verir ki, buna səbəb Ali Sami Yen İdman Kompleksinin ot örtüyündə yenilənmə işlərinin aparılmasıdır. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma "Başakşehir"ə məxsus olan Fatih Terim Stadionunda baş tutacaq. Oyun 21 noyabr tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, 11 turdan sonra 28 xal toplayan "Qalatasaray" çempionatın lideridir. 7 xalı olan "Samsunspor" isə 17-ci yerdədir.