"Yuventus"un yarımmüdafiəçisi Ueston Makkenni karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" amerikalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar"ın yeni baş məşqçisi Maurisio Poçettino ABŞ millisində birgə çalışdığı Makkennini yenidən sərəncamında görmək istəyir. "Mançester Yunayted" 28 yaşlı oyunçu üçün yanvarda İtaliya klubu ilə danışıqlara başlamağı planlaşddırır.

Qeyd edək ki, "Yuventus" Ueston Makkennini 2021-ci ilin yayında "Şalke"dən 21 milyon avroya transfer edib. Təcrübəli yarımmüdafiəçi cari mövsümdə Turin təmsilçisinin heyətində 11 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.