İtaliya millisinin yarımmüdafiəçisi Nikolo Barella Millətlər Liqasında Belçikaya 4:1 hesablı məğlubiyyət barədə fikirlərini bildirib.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, italiyalı futbolçu komandasının səfərdəki uğursuz nəticəsini yorğunluqla əlaqələndirib:

"Belçika bizdən daha güclü idi. Üstəlik, Fransa ilə son oyunun ardından yorğunluq da öz təsirini göstərdi. Bu mövsüm özümüzü rəqabətədavamlı kimi sübut etdik. Əlbəttə ki, inkişaf üçün yerimiz var, amma artıq gələcək inkişaf üçün təməl qoymuşuq. Komandamız yavaş tempdə oynamamalıdır.

Yavaşlasaq, çox qol buraxacağıq. Belçika millisindən buraxdığımız qolların çoxu cərimə meydançasındakı qarışıqlığın nəticəsi idi. Belçikanın qələbəsinə kölgə salmaq istəmirəm, amma qeyd etmək istərdim ki, daha ayıq olmalı və oxşar vəziyyətlərdən qaçmaq lazım idi".

Qeyd edək ki, İtaliya Millətlər Liqasının A divizionun 1-ci qrupunda 3-cü yeri tutub. Qrupun qalibi isə Fransa yığması olub.