"İnter"in hücumçusu zədələndi - 1 ay oynamayacaq

16:43 - 11 Noyabr 2026

İtaliyanın "İnter" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, hücumçu Anj-Yoan Bonni sıradan çıxıb. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

23 yaşlı futbolçunun sağ bud əzələsində zədə aşkarlanıb. Bonni bununla əlaqədar olaraq, Fil Dişi Sahili milli komandasının heyətində 2027-ci il Afrika Millətlər Kubokunun seçmə mərhələ oyunlarını buraxacaq. O, təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "İnter" Anj-Yoan Bonnini 2025-ci ilin yayında "Parma"dan 24,6 milyon avroya transfer edib. Forvard cari mövsümdə Milan təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 3 qol vurub.

Xəbər xətti