Əvəzedicilər Liqasında 9-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, bu gün bir oyun baş tutub. “Şəfa-2” və “Kəpəz-2” komandalarının görüşündə 1:1 hesablı heç-heçə qeydə alınıb.
Qeyd edək ki, bu turun “Sabah-2” – “Qarabağ-2” matçı da təxirə salınıb.
Əvəzedicilər Liqası
9-cu tur
8 noyabr
“Şəfa-2” – “Kəpəz-2” 1:1
Qollar: Murad Mustafayev, 55 – Şahnur İsmayılov, 14.
