PSJ-nin hücumçusu Usman Dembele Paris təmsilçisi ilə yeni müqavilə imzalamağa yaxındır.
Sportal.az xəbər verir ki, fransalı futbolçu 2028-ci ildə başa çatacaq müqaviləsini daha iki mövsüm uzatmaq niyyətindədir.
Tərəflər arasında danışıqların müsbət istiqamətdə davam etdiyi və artıq yekun mərhələyə yaxınlaşdığı bildirilir. Hələlik rəsmi razılıq əldə olunmasa da, həm klub, həm də futbolçu müqavilənin qısa zamanda rəsmiləşdirilməsində maraqlıdır.
Qeyd edək ki, 2023-cü ildən PSJ-də çıxış edən Dembele Paris klubu ilə Fransa çempionluğu və ölkə kubokunu qazanıb, iki dəfə Çempionlar Liqasının qalibi olub. O, həmçinin 2025-ci ildə “Qızıl top” mükafatına layiq görülüb.
saytlarin hazirlanmasi
