"Çox gec olmadan ölkə futbolunda sistematik işlər görmək lazımdır" - "Qarabağ" rəsmisi

19:14 - 5 Noyabr 2026

Ötən gün ölkə futbolunda daha bir ağır gün yaşandı. Söhbət yalnız "Sabah"ın "Vikinq"ə ağır məğlubiyyətindən getmir. 19 yaşlılarımız da böyük hesabla məğlub olublar. Özü də tək "Sabah" yox, həm də "Qarabağ". "Sabah"ın gəncləri Norveç klubuna 0:5, "Qarabağ" da "Dinamo" Zaqrebə 0:7. 

"Qarabağ"ın akademiyasının rəhbəri Aftandil Hacıyevin fikirlərini öyrəndik. Sportal.az saytına danışan mütəxəssis çatışmazlıqları qeyd etdi:

"Beynəlxalq oyunlarda açıq-aşkar görünür ki, bu cür rəqiblərdən bütün komponentlərdə geri qalırıq. Konkret bir problemi səsləndirmək mümkün deyil. Çox gec olmadan ölkə futbolunda sistematik işlər görmək lazımdır. Uşaq futboluna yanaşma, seleksiya, akademiyalar, futbol məktəbləri...

İllərdi boşluq yaranıb. İndi məcburuq ki, əlimizdə olan 19 yaşlı uşaqlarla çıxıb belə matçlarda oynayaq. "Qarabağ" Gənclər Liqasında çempion komandadı. Daxili liqada rəqibləri açıq-aşkar üstələyirik. Lakin Avropaya çıxanda, rəqabət apara bilmirik".

Xəbər xətti