Türkiyənin "Fənərbaxça" klubunun yeni baş məşqçisi məlum olub.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisini Emre Belözoğlu çalışdıracaq. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
"Fənərbaxça" hazırda "Kasımpaşa"nın baş məşqçis olan 46 yaşlı mütəxəssislə anlaşıb. Belözoğlu müqavilə imzalamaq üçün klubun ofisinə gedib.
Qeyd edək ki, "Fənərbaxça" Super Liqada "Qalatasaray"a məğlub olduqdan sonra İsmail Kartalla yollarını ayırıb.
saytlarin hazirlanmasi
