"Çelsi" rəhbərliyi baş məşqçi Xabi Alonso ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, klub uğursuz nəticələrə baxmayaraq, ispaniyalı mütəxəssislə yola davam edəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
London təmsilçisi Alonsoya güvənir. Rəhbərlik indiki məqamda dəyişikliyə ehtiyac görmür.
Qeyd edək ki, Xabi Alonso mövsümün əvvəlində "Çelsi"nin baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda Premyer Liqada 11 turdan sonra 16 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
