"Flamenqo" və "Yuventus"un transfer siyahısında yer alan Alisson Beker İngiltərədə qala bilər.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi braziliyalı qapıçının mövsümün sonuna başa çatan müqaviləsinin müddətini artırmağı planlaşdırır. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Klub artıq Alissonla yeni sözləşmə üçün danışıqlara başlayıb. Mersisayd təmsilçisi 34 yaşlı qolkiperə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan anlaşma təklif edib.

Qeyd edək ki, "Roma" Alisson Bekeri 2018-ci ilin yayında "Roma"dan 73 milyon avroya transfer edib. Braziliya millisinin üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda qapısında 20 qol görüb, 5 görüşdə isə "çərçivə"ni toxunulmaz saxlamağı bacarıb.