Rumıniya Superliqasında 16-cı turun matçları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi "Petrolul" "Dinamo"nun (Buxarest) qonağı olub.
Görüş Cəlalın komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Həmin qolu 45+12-ci dəqiqədə Dan Lundulu vurub.
Hüseynov meydana 89-cu dəqiqədə çıxıb.
Qeyd edək ki, "Petrolul" 30 xalla 4-cü pillədədir.
saytlarin hazirlanmasi
