"Portu" Portuqaliya Kubokunun 1/16 final mərhələsinin ev oyununda penaltilər seriyasında "Paredeş"i məğlub edib.
Sportal.az xəbər verir ki, "əjdahalar" ilk hissənin sonunda III Divizion təmsilçisinin qapısına yol tapıblar. Fasilədən sonra müdafiəçi Fransişku Mouranın vurduğu avtoqolla hesab bərabərləşib.
Nəticədə "Portu" autsayderin müqavimətini nə əsas, nə də əlavə vaxtda qıra bilib. Buna görə də növbəti mərhələyə vəsiqənin taleyi penaltilər seriyasında həll olunub. Burada daha dəqiq olan Françeso Fariolinin komandası adını 1/8 finala yazdırıb.
"Portu" – "Paredeş" 1:1 (3:1 – pen.)
Qollar: Fofana, 40 – F. Moura, 57 (avt.)

