"Yuventus" "Barselona"nın müdafiəçisi Alexandro Baldeni heyətinə qatmaq istəyir.
Sportal.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.
A Seriyası nəhəngi ispaniyalı futbolçunu yanvarda rənglərinə bağlamağa çalışacaq. "Yuventus"un planı ilkin mərhələdə 23 yaşlı sol cinah müdafiəçisini icarəyə götürməkdir.
Qeyd edək ki, Alexandro Balde "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü cari mövsümdə Kataloniya təmsilçisinin heyətində cəmi 5 rəsmi matçda 124 dəqiqə meydanda olub.
saytlarin hazirlanmasi
