"İnter"lə müqaviləsi mövsümün sonunda başa çatan Hakan Çalhanoğlu karyerasını ölkəsində davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Trabzonspor" türkiyəli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Karadeniz" qəzeti məlumat yayıb.
Klubun prezidenti Ertuğrul Doğan Hakanla görüşüb və ona illik 6,5 milyon avro maaş təklif edib. 32 yaşlı futbolçu hələ ki klub rəhbərinə konkret cavab verməyib.
Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ilin yayından "İnter"də çıxış edir. Türkiyə millisinin kapitanı cari mövsümdə Milan təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 3 qol vurub.
saytlarin hazirlanmasi
