"Real" İtaliyanın "Milan" və "Roma" klublarının transfer siyahısında yer alan Endriklə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, La Liqa nəhəngi braziliyalı hücumçunun gedişinə icazə verməyəcək. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
Madrid təmsilçisinin baş məşqçisi Joze Mourinyo 20 yaşlı forvardın komandada qalmasını istəyib. Ona görə də gənc futbolçu mövsümün sonuna qədər heç yerə getməyəcək.
Qeyd edək ki, "Real" Endriki 2024-cü ilin yayında "Palmeyras"dan 47,5 milyon avroya transfer edib. Braziliya millisinin üzvü cari mövsümdə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
