Almaniyanın "Bavariya" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, müdafiəçi Alfonso Deyvis sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Deyvis Kanada milli komandasının Qvatemala ilə keçirdiyi oyunda (3:2) zədələnib. 26 yaşlı sol cinah müdafiəçisinin sol ayaq əzələsində yırtıq aşkarlanıb. O, uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Bavariya" Alfonso Deyvisi 2019-cu ilin yayında ölkəsinin "Vankuver" klubundan 14 milyon avroya transfer edib. Təcrübəli futbolçu cari mövsümdə Münhen təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
