“Mançester Siti” Mateus Nunyesin müqavilə müddətini daha yaxşı şərtlərlə artırmağa yaxındır.
Sportal.az “Manchester Evening News”a istinadən xəbər verir ki, “şəhərlilər” yarımmüdafiəçi ilə üç illik yeni müqavilə üzərində danışıqlar aparır.
Nunyesin maaşı həftədə ən azı 20 min funt sterlinq də artırılacaq və 150 min funt sterlinqə çatacaq.
“Real”ın baş məşqçisi Joze Mourinyo portuqaliyalının Madrid klubuna cəlb olunmasını istəyirdi. 28 yaşlı futbolçunun “Mançester Siti” ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
Portuqaliyalı “Erikeyrense”, “Eştoril”, “Sportinq”, “Vulverhempton” klublarında çıxış edib.
saytlarin hazirlanmasi
