"Lans"ın qapıçısı Robin Risser karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Bavariya" fransalı qolkiperi transfer etmək istəyir. Bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.

Münhen nəhəngi artıq Risser üçün klubu ilə danışıqlara başlayıb. "Bavariya"nın planı 21 yaşlı "əlcək sahibini yanvarda transfer etmək və onun mövsümün sonuna kimi hazırkı komandasına icarəyə verməkdir.

Qeyd edək ki, "Lans" Robin Risseri 2025-ci ilin yayında "Strasbur"dan 3 milyon avroya transfer edib. Fransa millisinin üzvü cari mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda qapısında 31 qol görüb.