Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo yığmada 101-ci qolunu vurub.
Sportal.az xəbər verir ki, 35 yaşlı hücumçu buna Millətlər Liqasının 2-ci turunda səfərdə İsveçə 2:0 hesabı ilə qalib gəldikləri oyunda nail olub. O, komandasının hər iki qolunu vurub.
Ronaldo millidə 100 qol səddini aşan 2-ci futbolçudur. Ulduz futbolçu qol sayında İran yığmasında oynamış azərbaycanlı hücumçu Əli Daeidən geri qalır. Ərdəbilli hücumçunun hesabında 109 qol var.
saytlarin hazirlanmasi