İtaliyanın "Milan" klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, A Seriyası nəhənginin əsas hədəfi "Ştutqarta çıxış edən Angelo Ştillerdir. Bu barədə "Tutto Mercato" nəşri məlumat yayıb.

"Milan" almaniyalı futbolçunu xeyli müddətdir izləyir. "Rossoneri" 25 yaşlı dayaq yarımmüdafiəçisini gələn yay heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Ştutqart" Angelo Ştilleri 2023-cü ilin yayında "Hoffenhaym"dan 5,5 milyon avroya transfer edib. Almaniya millisinin üzvü cari mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 4 məhsuldar ötürmə ilə yadda qalıb.