"Real" və PSJ-nin keçmiş müdafiəçisi Serxio Ramos karyerasını "Malaqa"da davam etdirə bilər.
Sportal.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.
İspaniya klubu qış transfer pəncərəsi dövründə 40 yaşlı futbolçunu heyətinə qatmaq imkanını nəzərdən keçirir. "Monterrey"lə müqavilə müddəti başa çatdıqdan sonra Ramos klubsuz qalıb. Lakin təcrübəli mərkəz müdafiəçisi karyerasını bitirmək fikrində deyil. O, fərdi qaydada məşqlərini davam etdirir və yenidən yüksək səviyyədə çıxış etməyə ümid edir.
"Malaqa" hesab edir ki, Ramosun təcrübəsi və liderlik keyfiyyətləri komandanın müdafiə xəttinin performansını yaxşılaşdırmağa kömək edə bilər. Mənbələr bildirir ki, ulduz futbolçu nisbətən aşağı maaş təklifini də nəzərdən keçirməyə hazırdır.
Hazırda "Malaqa" İspaniya çempionatının turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. Komanda 12 turdan sonra cəmi 5 xal toplaya bilib. Müdafiədəki qeyri-etibarlı oyun komandanın əsas problemlərindən biri hesab olunur.
saytlarin hazirlanmasi
