Portuqaliya millisinin baş məşqçisi Jorje Jesus Kriştiano Ronaldonun müstəsna statusunu vurğulayıb.

Sportal.az xəbər verir ki, Jesus Uelslə Millətlər Liqası matçından əvvəl keçirilən mətbuat konfransında bunları qeyd edib:

Kriştiano Portuqaliya futbolunun və milli komandanın əfsanəsidir. Biz Kriştianonu heç vaxt unuda bilmərik. Mən onunla bir il çalışmışam. O, məni “Əl-Nəsr”ə dəvət edəndə ona çempion olmasına kömək edəcəyimi söylədim. Və yanılmadım.

Ronaldunun milli komandadan ayrılması hamımızın bildiyi və hazır olduğumuz bir reallıqdır".