Azərbaycan milli komandasının sabiq müdafiəçisi Saşa Yunisoğlu Sportal.az saytına müsahibə verib.
Azərbaycan milli komandası Millətlər Liqasının D divizionun sonuncu turunda Lixtenşteynlə görüşdə qələbə qazanmağı bacardı. Millimizin bu matçdakı qalibiyyətini necə şərh edərdin?
Millimiz gözlənilən qələbə qazandı. Demək olar ki, 90 dəqiqə ərzində komandamız rəqibdən aşkar üstün idi. Bakıdakı oyunun davamını izlədik, millimiz dominant idi. Yegənə fərq ondadır ki, lazım olan qolu vura bildik. Ümümiyyətlə, millimizin oyunu çox xoşuma gəldi. Dişli hücumlar, etibarlı müdafiə və aqressiv keçidlər, hər şey yüksək səviyyədə idi. Yegənə problem onda idi ki, çox sayda qol imkanlarını qola çevirə bilmədik.
Milli qrupunun lideri oldu. İki qələbə, iki heç-heçə etdilər. Səncə, nəticə sarıdan daha yaxşı çıxış etmək olardı?
Təbii ki, milli qrupda birinci yeri tutsa da, komandamız 100 faizli nəticə ilə də liderliyi təmin edə bilərdi. Kimsə deyə bilər ki, bəxtimiz gətirmədi. Ancaq düşünürəm ki, ustalığımız və səviyyəmiz çatmadı. Çünki hər bir matçda bu qədər qol imkanlarını vurmamaq bəxt deyil, səviyyə çatışmazlığı olduğunu demək mümkündür.
Milli Millətlər Liqasının D divizionun qalibi ola bilər. Ancaq bu, artıq millinin özündən asılı deyil. Daha yaxşı göstəriciyə malik olsaydılar, özlərindən asılı idi. Bu gün Cəbəllütariq Maltanı məğlub etsə, millimiz divizionun qalibi ola bilər...
Təbii ki, hər şey öz əlimizdə idi. Qrupdakı rəqiblərin hamısı dişimizə uyğun idi, hətta bizdən zəif idilər. Bu oyunlarda xallar itirməsəydik, indi D divizionunu qalib kimi başa vurub, kimdənsə möcüzə gözləməyə ehtiyac qalmırdı. Ancaq nə etmək olar? Futboldur da. Hərdən-bir işlərin 100 faiz alınmaya da bilir. Bəzən başqasının bir səhv atdımı səni qabağa çəkə bilər. İndi də bu səhv addımı Maltadan gözləməliyik. Lakin bu qrupdan maksimum xalla çıxmaq mümkün idi.
Səncə, millinin əsas problemi nədədir, yoxsa daha yaxşı nəticələr mümkündür? Məsələn, qarşıda seçmə mərhələ olacaq, orada Litva, Lixtenşteyndən daha güclü rəqiblər yer alacaq...
Bəli, qarşıda seçmə mərhələdə millimizi daha güclü rəqiblər gözləyir. Təbii ki, daha çətin olacaq. Düşünürəm ki, artıq qol epizodlarını elə də asanlıqla yaratmağa heç kim imkan verməyəcək. Hər bir epizodu maksimum dəyərləndirmək lazımdır. Çünki müdafiədə daha çox iş olacaq. Rəqiblər daha səviyyəli və aqressiv olacaqlar. Buna baxmayaraq, millimizin oyununda artıq məşqçinin ideyası görünür və futbolçular məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışırlar. Uşaqlar həvəsli və qələbəyə ac görünürlər. Həm də sevindirici haldır ki, Ayxan Ababsov yeni gənc futbolçular milliyə cəlb edir və onlara şans verməyə çalışır. Bunu çoxdan etmək lazım idi.
Andorra matçında necə, millinin qələbəsinə inanırsan? Yəqin ki, daha çox oynamayanlar, gənclər oynayacaq? Ayxan Abbasovla necə, yolun davam edəcəyinə inanırsan?
Ayxan Abbasovun bu görüşdə kimlərə şans verəcəyini bilmirəm. Amma kim oynayır-oynasın, Andorra kimi komandalara qarşı görüşdə qələbədən başqa bir şey gözləmirik.Başa düşürük ki, bu matçda bəzi oyunçular üçün yoxlanış xarakterli olacaq. Lakin heyətdən asılı olmayaraq, hər bir futbolçu hər oyunda sübut etməlidir ki, milliyə layiqdir. Düşünürəm ki, Ayxan Abbasov artıq hər şeyi planlaşdırıb və millimiz üçün necə oynamaq lazım olduğunu bizdən daha yaxşı bilir. Milli komandamız hazırda yüksəliş dövrünü yaşayır və belə olan halda, inanıram ki, millimiz Ayxan Abbasovla yoluna davam edəcək. Millimizə uğurlar arzu edirəm.
Mirbağırağa
saytlarin hazirlanmasi
