Ukrayna millisinin baş məşqçisi Andrea Maldera “Qarabağ”ın futbolçusu Aleksey Kaşukun milli komandada debütünü dəyərləndirib.

Sportal.az Ukrayna Futbol Assosiasiyasına istinadən xəbər verir ki, italiyalı mütəxəssis Millətlər Liqasının B Liqasının 2-ci qrupunda Şimali İrlandiyaya qarşı keçirilən oyundan (0:1) sonra Ağdam klubunun legioneri çıxışı barədə danışıb.

Maldera Kaşuku niyə lateral kimi oynatmasına da aydınlıq gətirib: “Kaşuku niyə lateral mövqeyində oynatdım? O, klubunda da təxminən bu mövqedə çıxış edir. Debüt matçı olduğunu nəzərə alsaq, çox yaxşı oynadı. Onun iki dəfə təşəbbüsü ələ alması nəticəsində iki qol epizodu yaratdıq”.