İngiltərə millisinin hücumçusu Harri Keyn 78 il ərzində əlçatmaz qalan rekordu təkrarlayıb.
Sportal.az xəbər verir ki, 33 yaşlı forvard milli komandanın ardıcıl 7-ci səfər oyununda fərqlənərək bu nailiyyətə imza atan ikinci ingiltərəli futbolçu olub.
Keyn 1946-cı ilin sentyabrından 1948-ci ilin mayına qədər millinin 7 səfər matçında qol vuran "Preston"un sabiq hücumçusu Tom Finninin göstəricisinə çatıb. İngilislərin kapitanı bu nəticəni Millətlər Liqasının 6-cı turunda İspaniya üzərində qazanılan qələbə (3:2) zamanı əldə edib.
Ümumilikdə, təcrübəli oyunçu İngiltərə yığmasının heyətində 127 görüş keçirib, 93 qol vurub və 22 məhsuldar ötürmə edib. O, milli komanda ilə birlikdə iki dəfə - 2020 və 2024-cü illərdə Avropa çempionatının finalına yüksəlib.
Keyn bir neçə gün əvvəl Piter Şiltonun əvvəlki nailiyyətini geridə qoyaraq keçirilən oyunların sayına görə də yığmanın rekordçusu olmuşdu.
saytlarin hazirlanmasi
