"Barselona"nın müdafiəçisi Pau Kubarsi sıradan çıxıb.

Sportal.az xəbər verir ki, bu barədə La Liqa nəhənginin mətbuat xidməti məlumat yayıb.

19 yaşlı mərkəz müdafiəçisi UEFA Millətlər Liqasının İngiltərə ilə oyununda zədələnib. İspaniya yığmasının üzvünün ayaq əzələsində zədə aşkarlanıb.

Gənc mərkəz müdafiəçisinin La Liqanın XIII turunun "Vilyarreal"la görüşündə iştirak edib etməyəcəyi məlum deyil. Qarşılaşma 22 noyabr tarixində baş tutacaq.

Qeyd edək ki, Pau Kubarsi "Barselona"nın yetirməsidir. O, cari mövsümdə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.