"Atletiko Paranaense"nin müdafiəçisi Artur Dias karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Liverpul" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fussballeuropa" portalı məlumat yayıb.
mersisayd klubu Diasın çıxışını uzun müddətdir ki, izləyir. "Liverpul" 19 yaşlı mərkəz müdafiəçisini yanvarda heyətinə qatmağa çalışacaq.
"Barselona", "Bayer" və "Leypsiq" də gənc oyunçu ilə maraqlanır. Klubu onun üçün 30 milyon avro tələb edir.
Qeyd edək ki, Artur Dias "Atletiko Paranaense"nin yetirməsidir. Braziliya millisinin üzvü cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi
