Endryu Robertson Şotlandiya millisində yeni rekorda imza atıb.
Sportal.az xəbər verir ki, müdafiəçi UEFA Millətlər Liqası çərçivəsində İsveçrəyə qarşı keçirilən oyunda iştirak edib. Komandanın kapitanı qarşılaşmaya start heyətində başlayıb.
Bu, Robertsonun Şotlandiya millisinin heyətində 103-cü oyunu olub. Bununla da o, Kenni Dalqlişin rekordunu yeniləyərək Şotlandiya millisinin tarixində ən çox oyun keçirən futbolçu olub.
saytlarin hazirlanmasi
