“Real"ın müdafiəçisi Antonio Rüdiger ona “psix” deyilməsi ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, alman futbolçunun sözlərinə görə, “El Loco” (“Dəli”) ləqəbini ona “Real"dakı keçmiş komanda yoldaşları Naço və Lukas Vaskes veriblər.

“Mən hələ “Çelsi”də oynayanda da belə idim. Ciddi olmağa ehtiyac olmayanda həyatdan zövq almağı sevirəm. Bir çox insan belə davranmağı xoşlamır, amma başqalarının mənə gülməsi məni narahat etmir. Bu, mənim təlxək olduğum demək deyil. Sadəcə, pozitiv qalmaq üçün özümə gülməyi bacarıram”, – deyə Rüdiger bildirib.