Bu gün Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası 2027-ci il Avropa çempionatının birinci seçmə mərhələsinin 2-ci qrupunda üçüncü oyununu keçirib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisi Farer adaları ilə qarşılaşıb.
Farer adaları (U-19) – Azərbaycan (U-19) – 0:2
Qollar:Səlimov 16 (0:1), Kamara, 67 (p) (0:2)
Komanda bundan əvvəlki oyunlarda Monteneqroya (2:7) və Serbiyaya (0:4) məğlub olmuşdu. Bütün qarşılaşmalar Serbiyanın Belqrad şəhərində keçirilir.
Turnir cədvəli: Serbiya və Monteneqronun 6 xalı, Azərbaycanın 3 xalı var. Farer adalarının isə 0 xalı yoxdur.

