"Ovyedo" azarkeşi İspaniya çempionatı matçında "Real"ın hücumçusu Kilian Mbappeyə qarşı irqçi davranışa görə təqsirli bilinib.
Sportal.az xəbər verir ki, insident ötən il avqustun 24-də madridlilərin səfərdə 3:0 hesabıyla qələbə qazandığı La Liqanın II turunun oyununda baş verib.
Mbapppenin 37-ci dəqiqədə vurduğu qoldan sonra təqsirləndirilən şəxs jestlər və səslər vasitəsilə meymunu təqlid etməyə başlayıb. Məhkəmə prosesi zamanı azarkeş günahını etiraf edib. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin hüquqazidd əməli törədən zaman vəziyyəti ilə bağlı yüngünləşdirici halları da nəzərə alıb.
Nəticədə azarkeş 11 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, o, cərimə ödəməli olacaq və 3 il 11 ay müddətinə idman tədbirlərinə qatıla bilməyəcək.
Bu, La Liqanın təşəbbüsü ilə irqçilik işləri üzrə artıq 12-ci ittiham hökmüdür.
saytlarin hazirlanmasi
