Niderland millisinin baş məşqçisi Xavi komandasının UEFA Millətlər Liqasında Almaniyaya qarşı keçirdiyi matçdakı məğlubiyyətini (0:5) şərh edib.

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis ruhdan düşdüyünü deyib:

​"Nəticə çox ağırdır, məyusam və ruhdan düşmüşəm. Çünki indiyə qədər komandamla qürur duyurdum. Lakin bu oyun məni şoka saldı. Yenidənqurmaya başlayacağıq. ​Soyunub-geyinmə otağında da burada danışdığım kimi danışdım. Hər bir vəziyyəti təhlil etməyə çalışıram. Necə var, elədir, lakin bunu qəbul etmək olmaz. Bu gündən etibarən çox şeyi dəyişməli olacağıq. Bu, rüsvayçılıqdır.

​Baş verənlərin səbəblərini öyrənmək üçün futbolçularla danışdım. İlk növbədə, azarkeşlərdən üzr istəməliyik. Biz nə futbol, nə də xarakter nümayiş etdirdik. Bunu izah edə bilmirəm. Yunanıstanla tarixi bir görüş (7:0) keçirdik. İndi isə hər şey tamamilə fərqli idi. Bəlkə də ona görə ki, komanda ilə yaxın dövrdə işləyirəm və oyunçuları hələ yaxşı tanımıram. Ola bilər ki, lazımi köklənmə çatışmadı".