Fransalı futbolçu Leven Kurzava karyerasını başa vurub.

Sportal.az xəbər verir ki, bu barədə sol cinah müdafiəçisi özü məlumat yayıb. O, 34 yaşında peşəkar futbolla vidalaşıb.

Kurzava karyerası ərzində "Monako", PSJ, "Fulhem" və "Boavişta"da çıxış etdikddən sonra son olaraq İndoneziyada "Persib" klubunun formasını geyinib. Təcrübəli müdafiəçi Fransa milli komandasının heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.