"Lill" Etan Mbappenin mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzadıb.

Sportal.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Fransa U-21 millisinin üzvü ilə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Etan Mbappe 2024-cü ilin yayında PSJ-dən ayrıldıqdan sonra azad agent statusu ilə "Lill"ə keçib. 19 yaşlı vinger cari mövsümdə komandanın heyətində meydana çıxdığı 12 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.