Enzo Mareska “Mançester Siti”nin noyabrın 29-da “Arsenal”ı məğlub edə biləcəyini düşünür.
Sportal.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi öz açıqlamasında maraqlı məqamlara toxunub:
“Arsenal”ı məğlub edə bilməməyimiz üçün heç bir səbəb yoxdur. Bu mövsüm səfərdə də vacib oyunlarda qalib gələ biləcəyimizi artıq sübut etmişik. Bu dəfə də qələbə qazana bilməməyimiz üçün heç bir səbəb görmürəm.
Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Amma bir daha qeyd edirəm ki, noyabrın 1-dək, iki ay yarım ərzində çempionatın lideri olmuşuq. İndi isə birinci pillədə deyilik və hamı bizi müqayisə etməyə başlayıb.
Məncə, bu müqayisə düzgün deyil. Çünki bir komanda 7 ildir, digəri isə cəmi 4 aydır birlikdədir. Bir çoxlarının bu müqayisəni aparmağa çalışdığını anlayıram, amma mənim üçün hər şey aydındır.Onlar Premyer Liqanın qalibi olublar və Çempionlar Liqasının finalına yüksəliblər. Bu, hazırda nə qədər güclü olduqlarını göstərir.
Matçda qalib gəlmək üçün bütün gücümüzü ortaya qoyacağıq. Amma şübhəsiz ki, hazırda onlar, bəlkə də, ən yaxşı komandadırlar. Bizim əsas problemimiz isə yaratdığımız qol imkanları ilə rəqiblərimizə verdiyimiz imkanlar arasındakı fərqdir".
saytlarin hazirlanmasi
