"Milan"ın əsas heyətində yerini itirən Fikayo Tomori karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Atletiko" ingiltərəli müdafiəçini transfer etmək istəyir. Bu barədə "Yahoo Sports" məlumat yayıb.
28 yaşlı futbolçunun İtaliya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. Bunu nəzərə alan Madrid nəhəngi təcrübəli mərkəz müdafiəçisini yanvarda heyətinə qatmağa çalışacaq.
Qeyd edək vi, "Milan" Fikayo Tomorini 2021-ci ilin yayında "Çelsi"dən 35 milyon avroya transfer edib. İngiltərə millisinin sabiq üzvü cari mövsümdə A Seriyas təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
