UEFA Çempionlar Liqası Liqa mərhələsinin V turunun oyunlarından sonra statistik məlumatlar açıqlanıb.
Sportal.az xəbər verir ki, "Sabah"da çıxış edən Stas Pokatilov turnirin əsas mərhələsində ən çox qurtarış edən qapıçıdır. Qazaxıstanlı qapışı 31 "seyv"lə yadda qalıb.
İkinci yerdə "Brügge"nin qapıçısı Yan Zommerdir. İsveçrəli "əlcək sahibi" 27 dəfə komandasını qoldan xilas edib. 3-cü pillədə isə "Slovan"ın formasını geyinən Dominik Takaç qərarlaşıb.
Qeyd edək ki, "Sabah" 5 turdan sonra 3 xal toplayıb. Azərbaycan çempionu "Slaviya"ya (2:0) qalib gəlib, "Mançester Yunayted" (0:4), "Borussiya" (1:2), "Vikinq" (1:4) və "Barselona"ya (1:4) məğlub olub.
saytlarin hazirlanmasi
