UEFA Çempionlar Liqasının əsas mərhələsində təmsilçimiz "Sabah"ın U-19 komandası bu gün Gənclər Liqasında növbəti matçına çıxacaq.
Sportal.az xəbər verir ki, komandamız Bakıda İspaniyanın "Barselona" klubundan olan həmyaşıdları ilə qarşılaşacaq.
Masazır stadionunda baş tutacaq görüş Bakı vaxtilə saat 15:00-da start götürəcək.
Xatırladaq ki, "bayquşlar" turnirdə əvvəlki 4 oyunun hamısında uduzublar və 0 xalla sonuncu - 36-cı sırada qərarlaşıblar.
saytlarin hazirlanmasi
