"Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager “Mançester Yunayted”in İngiltərə Premyer Liqasının turnir cədvəlində 19-cu pillədə qərarlaşmasına münasibət bildirib.
Sportal.az xəbər verir ki, arrager Sky Sports telekanalının efirində maraqlı faktlara toxunub:
“Turnir cədvəlindəki mövqelərini nəzərə alsaq, hazırda onlar Premyer Liqada qalmaq uğrunda mübarizə aparırlar. Bu mövsüm göstərdikləri nəticələrə baxanda başqa cür düşünmək mümkün deyil.
Əgər klubun adı “Mançester Yunayted” olmasaydı və siz sadəcə onların oyununu izləsəydiniz, bu komandanın liqada qalmaq uğrunda mübarizə apardığını deyərdiniz.
Onlar çoxlu qol buraxırlar, gülünc səhvlərə yol verirlər, qırmızı vərəqələr alırlar və bütün mövsüm ərzində cəmi bir oyunda qalib gəliblər. Bu, Premyer Liqada qalmaq uğrunda mübarizə aparan tipik komandadır.
Əlbəttə, vəziyyətin 38 turun hamısında belə davam edəcəyini düşünmürəm. Lakin onların mövsümün əvvəlindəki təqvimi də o qədər çətin olmayıb. Premyer Liqaya yeni yüksəlmiş bir çox komanda ilə qarşılaşıblar və hələ çempionatın ən güclü komandası olan “Arsenal”la oynamayıblar.
“Mançester Yunayted”in aşağı liqaya düşəcəyini düşünmürəm. Amma onların bu vəziyyətdən ciddi çətinlik çəkmədən çıxacağını hesab edənlər yanılırlar. Bu, heç də asan olmayacaq”.
saytlarin hazirlanmasi
