Kipr futbol çempionatında 10-cu turun qarşılaşmaları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı cinah hücumçusu Murad Məmmədovun formasını geyindiyi “Pafos” səfərdə “Omoniya” (Aradippu) klubunu 2:1 hesabı ilə məğlub edib.
Məmmədov matçın iştirak ərizəsində yer alsa da, qarşılaşma boyunca meydana çıxmayıb və komandasının qələbəsini ehtiyat oyunçular skamyasından izləyib.
Bu nəticədən sonra xal ehtiyatını 19-a çatdıran “Pafos” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi
