Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə gənclər arasında dünya çempionatı start götürüb.

Sportal.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 6 cüdoçusu 5 çəkidə mübarizə aparıb. Təmsilçilərimiz arasında yalnız Məhəmməd Musayev mükafatçılar sırasına düşə bilib. 66 kq çəkidə yarışan idmançı bürünc medal əldə edib.

O, həlledici dueldə rusiyalı İslam Sultiqova qalib gəlib. Bununla da Məhəmməd ardıcıl ikinci dəfə dünya birinciliyində 3-cü olub. 60 kq-da Ayxan Mirzəzadə, həmçinin qızlardan Nərgiz Əhmədova (48 kq), Aysu Məmmədova (52 kq), Xədicə Qədəşova və Vüsalə Hacıyeva (hər ikisi 57 kq) ümidləri doğrultmayıblar. Xatırladaq ki, ölkəmiz mundiala 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə yollanıb.