Türkiyənin Trabzon şəhərinin Yomra qəsəbəsində küçələrdən birinə "Trabzonspor"ul ulduz futbolçusu Məhəmməd Salahın adı verilib.
Sportal.az xəbər verir ki, bu barədə "61 saat" nəşri məlumat yayıb.
Artıq bununla bağlı bütün rəsmi prosedurlar tamamlanıb. Daxili İşlər Nazirliyi ad dəyişikliyini qəbul edib. Əvvəllər "Selvi" adlanan küçə bundan sonra Salahın adını daşıyacaq.
Qeyd edək ki, Məhəmməd Salah yayda "Liverpul"dan ayrıldıqdan sonra azad agent statusu ilə "Trabzonspor"a keçib. 34 yaşlı misirli vinger Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
