"Sassuolo"nun hücumçusu Sebastiano Espozito karyerasını başqa bir İtaliya klubunda davam etdirə bilər.

Sportal.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira sosial şəbəkələrdə məlumat verib.

"Napoli" hücumçunu heyətinə qatmaqda ciddi maraqlıdır. Neapol təmsilçisi qarşıdan gələn transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün əsas namizəd kimi Espozitonu müəyyənləşdirib. Qeyd olunur ki, tərəflər artıq mümkün keçidlə bağlı ilkin danışıqlara başlayıblar.

Hazırda 24 yaşlı futbolçunun transfer dəyəri nüfuzlu "Transfermarkt" portalı tərəfindən 15 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, İtaliya millisinin üzvü A Seriyasının cari mövsümündə 8 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.