Xuan Mata gələcəyi ilə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, İspaniyalı yarımmüdafiəçi karyerasını başa vurub. Bu barədə oyunçu sosial şəbəkə hesabında paylaşım edib.
Mata 38 yaşında peşəkar futbolla vidalaşıb.
Qeyd edək ki, Xuan Mata karyerası ərzində "Valensiya", "Çelsi", "Mançester Yunayted", "Qalatasaray", "Vissel Kobe", "Sidney" və "Melburn Viktori"də çıxış edib. Təcrübəli hücumameyilli yarımmüdafiəçi karyerası ərzində İspaniya millisi ilə dünya və Avropa çempionluğu yaşayıb, Çempionlar Liqasını, Avropa Liqasını, İngiltərə Liqa Kubokunu, Türkiyə Super Liqasını və Yaponiya Liqasının qalibi olub.
saytlarin hazirlanmasi
