Polşanın "Rakov" klubu Mahir Emrelini transfer etmək istəməsi barədə xəbər vermişdik.
Sportal.az saytına verilən məlumata görə, polyaklar bunun üçün "Kayzerslautern"lə ilkin danışığa da başlayıb.
Emrelinin özünün bununla bağlı hansı qərarı verəcəyi hələ ki dəqiq deyil. Əldə etdiyimiz məlumata görə, "Rakov"un iddialı olacağı təqdirdə, Mahir yeni mövsümə də Polşada başlamağa müsbət yanaşacaq.
Mahirin “Rakov”la icarə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir. O, 2028-ci il iyunun 30-na qədər isə “Kayzerslautern”ə məxsusdur.
saytlarin hazirlanmasi
