Polşa mətbuatında “Bursaspor” və Azərbaycan millisinin müdafiəçisi Toral Bayramovun Polşanın "Rakov" klubuna mümkün keçidi haqda müzakirələr aparılır.

Sportal.az xəbər verir ki, “Weszlo” nəşri Bayramov haqda bunları yazıb:

"Son vaxtlar “Rakov”un baş məşqçisi David Şvarqa əsasən heyətin ixtisar edilməsi zərurətindən danışsa da, sol cinahda yeni transferə ehtiyac yarana bilər. Belə ki, digər klubların da maraq dairəsində olan keniyalı futbolçu Erik Otienonun müqaviləsinin müddəti bir neçə həftəyə başa çatır. Toral Bayramov klub səviyyəsində cinah oyunçusu kimi nadir hallarda çıxış etsə də, tez-tez üçlü mərkəz müdafiəçisi ilə oynayan biridir, milli komandada da bu rolu yerinə yetirir".

Daha əvvəl xəbər verildiyi kimi, hazırda Bayramovla "Rakov" arasında danışıqlar gedir.