Milli komandamıza dəvət edilmiş forvardın durumu bəlli oldu - "Sampdoriya"nın hücumçusu məşqlərə başlayacaq

10:18 - 10 Noyabr 2026

“Sampdoriya”nın hücumçusu Lorenzo Mezzoteronun zədəsi o qədər də ciddi deyilmiş.

Sportal.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Lixtenşteyn və Andorra ilə görüşlər üçün milli komandaya cəlb edilmiş futbolçu sonradan zədə səbəbindən heyətdən çıxarılmışdı.

Lakin onun zədəsinin ciddi olmadığı və yaxın günlərdə “Sampdoriya”dakı məşqlərə qayıdacağı gözlənilir. İddiaya görə, Genuya klubu futbolçunun zədəsinin daha ciddi forma almaması üçün bu addımı atıblar.

Xatırladaq ki, bu zədə Mezzoteronun Azərbaycan milli futbol komandasına debüt çağırışını buraxmasına səbəb olub.

Xəbər xətti